“Simurq”un rəqibi dəyişdi, yeni transferi forma nömrəsini seçdi

Antalyada qış təlim-məşq toplanışında olan “Simurq” hazırlığın ikinci mərhələsində yoxlama görüşlərində gücünü sınayacaq. Allsport.az xəbər verir ki, Zaqatala klubunun ilk rəqibi Əlcəzairin “Əl-Eyulma” klubu olmalı idi.

Ancaq proqramda növbəti dəyişiklik edilib. Belə ki, Zaqatala təmsilçisi yanvarın 13-də, Bakı vaxtı ilə saat 16:00-da məskunlaşdığı “Sirena Bələk” otelinin meydançasında Qazaxıstanın “Şaxtyor” klubu ilə qarşılaşacaq.

Həmçinin “Simurq”un yeni transferi ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado (Melli) özünə forma nömrəsi də seçib. Təcrübəli futbolçu Zaqatala təmsilçisinin heyətində “4” nömrəli forma ilə çıxış edəcək.

Həmin kateqoriyadan