“Slovan”ın hücumçusu: Ramil Şeydayevin Azərbaycan millisinə keçəcəyini gözləmirdim

Rusiya millisinin və Çex Respublikasının “Slovan” klubunun hücumçusu Nikolay Komliçenko keçmiş komanda yoldaşı Ramil Şeydayevin Azərbaycan millisində oynamaq qərarına gəlməsinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:

“Onun belə bir qərar verəcəyini gözləmirdim. Ramillə şəxsən tanışlığım yoxdur. Ona görə də bu qərarını, Rusiya yığmasından niyə ayrıldığını dəqiq söyləyə bilmərəm. Buna təəccüblənsəm də, öz işidir. Şeydayevi Azərbaycan yığmasındakı debütü münasibəti ilə də təbrik edirəm”.

Qeyd edək ki, Komliçenkonun şərəfini qoruduğu “Slovan” (Liberec) Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir.

Həmin kateqoriyadan