“Smolyan-Zirvə” Bolqarıstan çempionatında uğurla çıxış edib

“Zirvə” klubunun Bolqarıstan filialı da yarışlarda iştirakını davam etdirir. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, “Smolyan-Zirvə”nin nümayəndələri Sliven şəhərində keçirilən bütün yaş qrupları üzrə vahid ölkə çempionatında çıxış ediblər. Bu turnirdə 15 atletimiz qüvvəsini sınayıb.

Onlardan 6-sı fəxri kürsüyə qalxmağı bacarıb. Yaşı 13-ə qədər olan idmançıların mübarizəsində Emil Rayçev 50 kq çəki dərəcəsində toplamda 80 kq (32+48) nəticə ilə gümüş medal əldə edib.

Yaşı 15-ə qədər olan olanağırlıqqaldıranların rəqabətində isə, 77 kq çəki dərəcəsində Zlatomir Kovaçev fərqlənib. Toplam 190 kq (85+105) nəticə göstərən idmançı da fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Qadınların yarışında “Smolyan-Zirvə” daha böyük uğur əldə edib. Hər üç atletimiz – Qalya Şatova (U-15), Vanya Luxova (U-17) və Milka Maneva (+20) qızıl medal əldə edərək gözəl nəticə nümayiş etdiriblər.

Həmin kateqoriyadan