«SOCAR-Azerbaijan» bu mövsüm Avropa klub çempionatında iştirak etməyəcək

Ölkəmizi Avropa klub çempionatında təmsil edən «SOCAR-Azerbaijan» bu mövsüm çıxışına ara verəcək. Allsport.az saytı xəbər verir ki, bunu AŞF-in vitse-prezidenti Mahir Məmmədov dedi. Onun sözünə görə, buna səbəb Azərbaycanda keçirilən Ümumdünya Şahmat Olimpiadasıdır.

Milli komandamızın əsas və ehtiyat üzvləri var güclürəni bu tədbirə yönəltdiyindən, «SOCAR-Azerbaijan»ın cari çempionatda mübarizə aparması məqsədəuyğun sayılmayıb. Qeyd edək ki, Bakı təmsilçisi qitənin nüfuzlu klub turnirinin qalib və mükafatçısıdır.

Həmin kateqoriyadan