SOCAR və “Odlar Yurdu” qələbə ilə bitirdi

İspaniyanın Bilbao şəhərində şahmatçıların klublararası Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, VII turda SOCAR Sankt-Peterburqun Şahmat Federasiyası ilə qarşılaşıb. Bir tur əvvəl çempionluğu bayram etmiş “neftçilər”, bu gərgin mübarizədə də qalib gəliblər- 3,5:2,5.

Digər təmsilçimiz,  yerli şahmatçılardan təşkil olunmuş “Odlar Yurdu” komandası Niderland “En Passant”ını darmadağın edib (5,5:0,5).

Qeyd edək ki, SOCAR klublararası Avropa çempionatında 2-ci dəfə qalib adını qazanır.

 

SOCAR-Azərbaycan – Sankt-Peterburqun Şahmat Federasiyası 3,5:2,5

Veselin Topalov – Petr Svidler 1:0
Aniş Giri – Lenyer Dominges 0,5:0,5
Teymur Rəcəbov – Nikita Vityuqov 0,5:0,5
Van Xao – Sergey Movsesyan 0,5:0,5
Anton Korobov – Maksim Matlakov 0,5:0,5
Eltac Səfərli – Zaxar Efimenko 0,5:0,5

 

“Odlar Yurdu” – “En Passant” 5,5:0,5

Vasif Durarbəyli – Friso Niboyer 1:0
Rauf Məmmədov – Manuel Bosbom 0,5:0,5
Ülvi Badcarani – Henk Vedder 1:0
Qədir Hüseynov – Jao Qin Penq 1:0
Nicjat Abbasov – Rihard Vedder 1:0
Nicat Məmmədov – Dirk De Qraaf 1:0

 

Turnir cədvəli: SOCAR (Azərbaycan) – 14 xal, “Novi Bor” – 12, “Malaxit” (Rusiya) – 11 və “Odlar Yurdu” – 10.

 

Həmin kateqoriyadan