UĞUR
SOCAR vaxtından əvvəl çempionluğu bayram etdi

İspaniyanın Bilbao şəhərində şahmatçıların klublararası Avropa çempionatı sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, VI turda Azərbaycan komandaları Rusiya təmsilçiləri ilə qarşılaşıblar.

Yarışın vahid lideri olan SOCAR “Malaxit”lə görüşüb. 5:1 hesablı qələbə qazanan komandamız, son turu gözləmədən çempion olub.

“Odlar Yurdu”na isə mükafatçılar sırasında yer almaq üçün qələbə vacib idi. Rusiyanın “Nadya” klubunu sınağa çəkən komandamız xalı yarıya bölüb.

 

VI tur

MALAXİT (RUSİYA) – SOCAR (AZƏRBAYCAN) – 1:5
Sergey Karyakin (2777) – Şəhriyar Məmmədyərov (2756) – 0:1
Aleksandr Qrişuk (2789) – Veselin Topalov (2784) – 0,5:0,5
Aleksey Şirov (2701) – Maykl Adams (2752) – 1:0
Vladimir Malaxov (2696) – Aniş Qiri (2758) – 0:1
İqor Lısıy (2684) – Teymur Rəcəbov (2717) – 0,5:0,5
Viktor Boloqan (2648) – Van Hao (2730) – 0:1

 

ODLAR YURDU (AZƏRBAYCAN) – LADYA (RUSİYA) – 3:3
Vasif Durarbəyli (2614) – Qata Kamski (2681) – 1:0
Rauf Məmmədov (2660) – Artyom Timofeyev (2598) – 0,5:0,5
Ülvi Bacarani (2483) – İldar İbrahimov (2544) – 0,5:0,5
Qədir Hüseynov (2615) – Rail Mahmutov (2410) – 0:1
Nicat Abasov (2527) – Ramil Sadıkov (2351) – 0,5:0,5
Nicat Məmmədov (2624) – Ramil Faizrəhmanov – 0,5:0,5

 

Turnir cədvəli: SOCAR (Azərbaycan) – 12 xal; “Novı Bor” (Çex Resb.), “Naşa Naslediye” (Rusiya) – 10, “Malaxit” (Rusiya) – 9;  7.“Odlar Yurdu” 8.

 

 

Həmin kateqoriyadan