Soiçi Haşimoto: Bakıda ardıcıl 2-ci çempionluğu qazanmaq istəyirəm

“Çempion titulunu qoruyan idmançı kimi, Budapeştdə çıxışımı təkrarlamaq və ardıcıl 2-ci titulu qazanmaq istəyirəm”. Allsport.az xəbər verir ki, bunu İJF-in rəsmi saytına Yaponiya millisinin üzvü Soiçi Haşimoto sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatında hədəfi barədə danışarkən deyib. 27 yaşlı tatami ustası hər bir turnirdən həzz almağa çalışdığını söyləyib:
“Mənim çoxlu rəqibim var. Amma onların hər birinə qarşı fərdi şəkildə hazırlaşmaq üçün heç nə etmirəm. Ən böyük hazırlığım “Mən çempion olacağam” düşüncəsidir. Favorit sayıldığım üçün bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. Ona görə də təzyiqi qəbul edir və sadəcə, turnirdən həzz almağa çalışıram. Cüdo aləmində çoxlu dostum var. Onlarla birgə işləmək və məqsədləri bölüşmək baxımından bəxtim gətirib. Cüdoya köklənə biləcəyim bir ortamda olduğum üçün hər kəsə – valideynlərimə, dostlarıma, azarkeşlərə, məni dəstəkləyən insanlara minnətdaram”.
Qeyd edək ki, Soiçi Haşimoto 2017-ci ilin dünya, 2016-cı ilin Asiya çempionu, “Böyük dəbilqə” seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş, 1 bürünc medalın sahibidir. O, ötənilki dünya çempionatının finalında Azərbaycan təmsilçisi Rüstəm Orucovu üstələyib.

Həmin kateqoriyadan