Şok: “Neftçi” – “Qarabağ” oyunu 50 manata!

Premyer liqanın 28-ci turunda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün keçiriləcək görüçün biletləri artıq satışa çıxarılıb. Qiymət bütün sektorlara 50 AZN təşkil edir.

Matçın ətrafında böyük gərginlikdən doğan bu addım təsadüfi deyil. Stadiona gələcək qarşı tərəfin tərəfdarlarının sayını xeyli ölçüdə azaltmağa çalışan “ağ-qaralar” rəqibi dəstəksiz qoymaq istəyir.

Ölkə çempionunun 2 minə yaxın bilet istəməsindən sonra “Neftçi” belə qiymət müəyyənləşdirib. İndi “Qarabağ” azarkeşlərinin kluba hansı səviyyədə arxa olub-olmayacağı bilet sayından bilinəcək. Adətən, ölkə çempionatında biletlərin qiyməti 1-2 manat təşkil edir.

Həmin kateqoriyadan