“Son ana qədər çalışacağıq ki, sponsor məsələsi həll olunsun azarkeşlərimiz sevinsin”

AFFA-nın lisenziyalaşdırma qrupunun iclasında 8 komandaya lisenziya verilməsi ilə bağlı qərar verilib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion klublarından yalnız “Səbayıl” klubu bu hüquqa yiyələnib. Çempion “Turan Tovuz”un lisenziya alması gözlənillsədə maliyyə problemi, daha doğrusu təminat məktubu təqdim olunmadığından, Tovuz təmsilçisilisenziya ala bilməyib. Bu haqda klubun icraçı direktoru Nadir Nəbiyev açıqlama verib.İlk olaraq Lisenziyalaşdırma qrupunun qərarı haqda danışıb:

“Biz bu qərarı gözləyirdik. Çünki sponsor tapmaqda çətinlik çəkirik. Maliyyə məsələsindən başqa bütün meyarlar üzrə sənədlərimiz qaydasındadır. Hazırda da sponsor və maliyyə dəstəyi axtarışındayıq. Ümidimizi üzməmişik. AFFA-da “Turan Tovuz”un Premyer Liqada iştirak etməsində maraqlıdır. Klubumuzun yaşamasında AFFA-nın əməyidanılmazdır. Onların maddi dəstəyi ilə ayaqda qalmışıq, çempion olmuşuq. Qeyd etdiyim kimi hələ ümidliyik. Axtarışlarımız davam edir”.

“Turan Tovuz”un lisenziya ala bilməməsinə azarkeşlər də narahatlığını bildirdilər. Klub rəsmisi bu haqda da fikirlərini bildirib: “Bizim çempion olmağımızda ən böyük qüvvə sadiq azarkeşlərimizdir. İl boyu bütün oyunlarda bizə inanılmaz dəstək verdilər. Onların narahatlığını başa düşürük. Azarkeşlərimizə də, klubumuza da Premyer Liqa yaraşır. Amma qeyd etdiyim kimi maddi problemlər bu istəyimizi reallaşdırmağa imkan vermir”. Nəbiyev klubun bundan sonrakı aqibəti haqda da danışdı:

“Son ana qədər çalışacağıq ki, sponsor məsələsi həll olunsun azarkeşlərimiz sevinsin. Mümkün olmayacağı təqdirdə 1-ci divizionda yeni mövsümə hazırlaşacağıq. Tovuz futbolsuz qala bilməz”. Sonda Nadir Nəbiyev azarkeşlərə səsləndi: “Azarkeşlərimizi səbrli olmağa çağırıram. Onların dəstəyini hər zaman hiss etmişik. Onlar tək oyunlarda 90 dəqiqə yox, hər gün hər saat komandanın yanında olub, dəstəklərini nümayiş etdiriblər. Bu ilki tribunamız bir şeyi bizlərə göstərdi – son dövrlərdə “Turan Tovuz” belə dəstək görməmişdi, azarkeşlərimiz də belə əzmkar “Turan Tovuz”.

Həmin kateqoriyadan