Son oyunda qələbə milli komandamıza kömək etmədi

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində 5-ci qrupun oyunlarına yekun vurulub. Allsport.az xəbər verir ki, Bakıda təşkil olunan bu qrupun həlledici turunun görüşləri eyni vaxtda start götürüb.

Keçirdiyi ilk iki oyunda məğlubiyyətlə üzləşən (Ukraynaya 0:4, Türkiyəyə 0:1) Azərbaycan yığması son turda Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Rəqibimiz bizdən fərqli, ilk turda Türkiyəyə qalib gəlib (2:1), Ukraynaya isə uduzmuşdu – 1:3. Komandamız ilk iki görüşdə uduzsa da, qrupdan çıxmaq şansı var idi. Belə ki, futbolçularımız son matçda iki cavabsız qolla qalib gəlməli, Türkiyə isə Ukraynaya məğlub olmalı idi. Amma təəssüf ki, bunların heç biri baş verməyib. Komandamızın gücü yalnız minimal hesablı qələbəyə çatıb.

Qrupun digər oyununda isə lider Ukrayna Türkiyə ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə ukraynalılar 3 cavabsız qolla üstünlük qazansalar da, sonradan 4 qol buraxaraq, meydanı məğlub tərk ediblər. Beləliklə, yığmamız qrupda qaldığı halda, növbəti mərhələyə Ukrayna və Türkiyə yüksəlib.

AÇ-2017-nin seçmə mərhələsi
5-ci qrup

15 noyabr

Ukrayna – Türkiyə – 3:4 (3:0)
Qollar: M.Şved, 3 (1:0). A.Şebetun, 15 (2:0). A.Pixalonok, 29 (3:0). A.Canlı, 49 (3:1). C.Ündər, 70-pen. (3:2). B.Özcan, 76 (3:3). M.Bəşir, 78 (3:4).
Qırmızı vərəqə: V.Senitsa, 69 (Ukrayna). B.Mixayliçenko, 71 (Ukrayna).
Baş hakim: Nicolas Rainville (Fransa).
Bakı. “Dalğa Arena”.

Azərbaycan – Bosniya və Herseqovina – 1:0 (1:0)
Qol: B.Mustafazadə, 41 (1:0).
Sarı vərəqə: E.Turabov, 9. E.Həsənzadə, 68. F.Kərimzadə, 78. R.Babazadə, 79. Z.Mustedanaqiç, 84. Y.Nəbiyev, 90+1.
Qırmızı vərəqə: S.Leliç, 74.
Baş hakim: Eyko Saar (Estoniya).
Bakı. “Bayıl Arena”.

Azərbaycan: 1. Tolqa Şahin, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə (k), 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev. 16. Eltun Turabov, 17. Fərid Kərimzadə (23. Elçin İsmayılov, 90+1), 18. Əli Səmədov, 19. İsmayıl İbrahimli (11. Emil Həsənzadə, 66), 20. Roman Hüseynov, 9. Rəsul Babazadə.
Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov, 3. Ayxan Əsədov.
Baş məşqçi: Nazim Süleymanov.
Bosniya və Herseqovina: 1. Əmir Çutahiya, 2. Advan Kaduşiç, 5. Kamal Osmankoviç, 6. Arman Çoroviç, 7. Elmədin Heriç, 13. Darko Todoroviç, 4. Zinədin Mustedanaqiç, 8. Əmir Hacıəhmətoviç, 10. Amer Qoyak (k), 17. Ermədin Dəmiroviç (18. Vedad Qliva, 69), 9. Vladimir Kremenoviç (11. Sanin Leliç, 46).
Ehtiyat oyunçular: 12. Azir Muminoviç, 3. Omar Paşaqiç, 14. Stepan Radeliç, 16. İsmayıl Durakoviç, 15. Darko Yoviç.
Baş məşqçi: Toni Karaçiç.

Qrupda son durum: Türkiyə, Ukrayna – 6, Azərbaycan, Bosniya və Herseqovina – 3.

Həmin kateqoriyadan