- Baxış sayı: 34
- 18 Aprel 2024 22:14
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Türkiyənin Samsun şəhərində cüdoçular arasında böyük mükafat turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz yarışın son günündə də fərqlənib.
Bütün görüşlərini qələbə ilə başa vuran Elmar Qasımov (100 kq) qızıl medal qazanıb. Lisenziya xalı alan digər təmsilçilərimiz Uşanqi Kokauri (+100 kq) və Tural Səfquliyev (90 kq) olublar. Bu cüdoçular müvafiq oaraq, 5-ci və 7-ci yeri tutublar.
Azərbaycan seçməsi 2 qızıl və 1 bürünc mükafatla komanda hesabında 2-ci pillədə qərarlaşıb.