Soni Mustivar: 2 epizodda diqqətsizlik etdik

“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar “Slovan”la yoxlama oyunundan (1:2) sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, haitili futbolçu sınaq matçlarına ciddi yanaşdıqlarını bildirib:

“Məncə, pis oynamadıq. Sadəcə, 2 epizodda diqqətsizlik etdik. Təəssüf ki, hər iki vəziyyət qapımıza qolla nəticələndi və buna görə də məğlub olduq. Sınaq matçı olmasına baxmayaraq, uduzmaq istəməzdik.

Ümumiyyətlə, yoxlama oyunlarının hamısına ciddi yanaşırıq. Çünki, fikrimcə, məşqlərimiz oyunda öz əksini göstərir. Məşqlərdə səhvlərimiz üzərində çalışırıq. Daha da yaxşı oynamalıyıq ki, komandada özünəinam artsın”.

Həmin kateqoriyadan