Soni Mustivar: “Zirə” ilə görüşdə buraxdığımız səhvləri təkrarlamadıq

“Neftçi”nin futbolçusu Soni Mustivar ölkə çempionatının 12-ci turunda “Səbail”ə qarşı oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, haitili yarımmüdafiəçi 2:0 hesablı qələbənin asan başa gəlmədiyini deyib:

““Səbail”in güclü futbolçuları var. Xüsusilə yaxşı müdafiə olunurlar. Əvvəldən sona kimi diqqətli oynadıq. Buna görə də “Zirə” ilə görüşdə buraxdığımız səhvləri təkrarlamadıq.

Asan olmasa da, azarkeşlərimizin də dəstəyi ilə layiq olduğumuz qələbəni qazandıq. Nəticədən razıyam. Artıq “Sabah”la oyuna köklənməliyik”.

Həmin kateqoriyadan