Şotlandiyada 14 medal qazanan veteran cüdoçularımız Vətənə dönüb

Şotlandiya paytaxtı Qlazqoda Avropa çempionatında uğur qazanan veteran cüdoçularımız Vətənə dönüblər. Allsport.az saytı xəbər verir ki, yarışda 5 qızıl, 9 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında 4-cü olan millimizin üzvlərini Heydər Əliyev beynəlxalq hava limanında ACF-in rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Fərhad Rəcəbli, Məmməd Məmmədov, Samir İsmayılov, Azər Fətullayev və İntiqam Ələkbərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Azər Əsgərov, Vüqar Babayev, Vüqar Budaqov, Yamən Fətiyev, Babək Hacıyev, Rüfət İsmayılov, Hafiz Hacıyev, Məhəmməd Müslümzadə və Zaur Paşayev qitə çempionatının bürünc medalına sahib olub. Milli komandamız 2 yaş kateqoriyası üzrə (30-40, 40-50) keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb.

Həmin kateqoriyadan