Şotlandlar “Qəbələ”nin rekordunu təkrarlayıb

UEFA qitə liqasının qrup mərhələsinin rekordlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda Azərbaycan da təmsil olunub. “Qəbələ” yarışa 1-ci təsnifat mərhələsindən başlayan və qrupa qədər irəliləyən klubların siyahısında mövqeyini qoruyub. 2015/16 və 2016/17 mövsümlərində bu uğura imza atan “qırmızı-qaralar”ın ardıcıl iki il 4 mərhələ adlamaq rekordu təkrarlanıb.

Cari mövsümdə ilk raunddan mübarizəyə start verənlərdən yalnız Şotlandiya “Reyncers”i qrupa düşüb. Qlazqo klubu ardıcıl 2-ci dəfə belə yol qət edən 3-cü komanda olub. “Qəbələ”, ardınca Təl-Əviv “Makkabi”sinin nail olduğu göstəriciyə şotlandiyalılar imza atıblar.

Bu üç komanda kimi “Rusenborq” da iki dəfə dörd mərhələ keçməklə qrupa qədər irəliləyib. Lakin norveçlilər buna ardıcıl deyil, fərqli illərdə nail olub.

Ümumilikdə, 12 klub Avropa liqasında belə irəliləyiş edib: “Fulhem” (2011/12), “Rusenborq” (2012/13, 2015/16), “Tvente” (2012/13), “Tromse” (2013/14), “Qəbələ” (2015/16, 2016/17), “Srvena Zvezda” (2017/18), “Makkabi” Təl-Əviv (2016/17, 2017/18), “Skenderbeu” (2017/18), “Apollon” (2018/19), “Kopenhagen” (2018/19), “Reyncers” (2018/19, 2019/20), “Sarpsborq” (2018/19).

Həmin kateqoriyadan