- Baxış sayı: 114
- 05 Aprel 2024 18:44
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
Şpaqaçılarımız Latviyanın paytaxtı Riqada gənclərin dünya kubokunda çıxış edib.
Allsport.az xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyev pley-offa yüksəlib. Hər üç şpaqaçımız pley-off mərhələsinin ilk görüşündə məğlub olub. Ruslan Həsənov Kiril Pavlova (Qazaxıstan) 13:15, Xalid Əliyev Dominik Kaukerə (Macarıstan) 6:15, Barat Quliyev isə Timoti Franka (ABŞ) 11:15 hesabı ilə uduzub.
Qrupda 1 qələbəsi olan Kənan Məlikzadə və Fərrux Səfərov mübarizəni erkən dayandırıb. Kişi şpaqaçıların komanda yarışında Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv Norveç komandasına 36:45 hesabı ilə məğlub olub.