Şpaqaçılarımız İstanbulda fərqləndilər

İstanbulda şpaqaçılar arasında beynəlxalq turnir keçirilib. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan və Liviya komandaları iştirak edib. AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədovun allsport.az saytına verdiyi məlumata görə, kişilərin mübarizəsində 72 qılıncoynadan çıxış edib.

Həmyerlimiz Kənan Əliyev bütün görüşləri qələbə ilə başa vuraraq, çempion olub. İdmançımıza qızıl medalla yanaşı, qızıl sikkə hədiyyə edilib.

Millimizin digər üzvləri Nəcəf Məhərrəmov və Vəkil Nəsibov 4 qələbə ilə16-24-cü yerləri tutublar.
Qadınların yarışında 44 idmançı iştirak edib. Elmira Xudaverdiyeva1/4 finala qədər irəliləyib. Bu turnirdə ilk 8 yerə medallar verildiyindən, o da mükafatçılar sırasına düşüb.

Samirə Huseynova 4 qələbədən sonra 1/16 finalda dayanıb. Millimiz qardaş ölkəyə baş məşqçi Sudeif Quliyevin rəhbərliyi ilə yollanıb.

Şpaqaçılar

Həmin kateqoriyadan