Şpaqaçılarımız Xorvatiya turnirində

Kənan Əliyev,Ruslan Həsənov,Barat Quliyev və Fərrux Səfərovdan ibarət kişi şpaqaçılarımız Xorvatiyanın Split şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib.

Allsport.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Kənan Əliyev,Ruslan Həsənov və Barat Quliyev turnirin pley-offuna yüksəlib.1/32 finalda Türkiyə təmsilçisi Barış Cana 15:11 hesabı ilə qalib gələn Ruslan Həsənov, 1/16-də xorvatiyalı Riçard Şmidtə 10:15 hesabı ilə məğlub olub. Kənan Əliyev və Barat Quliyev isə mübarizəni 1/32 finalda dayandırıb. Quliyev bu mərhələdə Rumıniya idmançısı Adrian Kiprian Jilagiyaya 10:15 hesabı ilə məğlub olub. Kənan Əliyev isə rusiyalı Dmitriy Qusevə 9:15 hesabı ilə uduzub.Qrup mərhələsini qələbəsiz başa vuran Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb.

Həmin kateqoriyadan