Şpaqaçılarımızın İstanbul sınağı

13-14 dekabrda İstanbulda qılıncoynadanlar arasında beynəlxalq turnir keçiriləcək. AQF-in vitse-prezidenti Yaşar Məmmədov allsport.az saytına deyib ki, həmin yarşıda ölkəmizi şpaqaçılardan ibarət komandamız mübarizə aparacaq.

Heyətdə 10 idmançımız yer alacaq. Kişilərin rəqabətində Vəkil Nəsibov, Etibar Namazov, Fərid Məmmədov, Nəcəf Məhərrəmov həm də «Gömrük» klubunu təmsil edəcəklər.

Qadınların mücadiləsində «Fensinq» klubunun üzvləri Mehin, Məryəm və Nübar Məlikovalar, Elmira Xudaverdiyeva, Samirə Huseynova (hər ikisi – «Gömruk») iştirak edəcəklər.

Həmin kateqoriyadan