Şpaqaçımız 317 rəqib arasında 20-ci yeri tutub

Almaniyanın Haydenhaym şəhərində dünya kuboku mərhələsində uğurlu iştirak edən Kənan Əliyev bu gün növbəti görüşlərini keçirib. Allsport.az saytı xəbər verir ki, o, 1/32 finalda rumıniyalı Andrey Timoceyə qalib gəlib.

Növbəti mübarizədə həmyerlimiz Koreya təmsilçisi Kveon Yanqjunla qarşılaşıb. Şpaqaçımızın 1/16 final mücadiləsini yenilgi ilə bitirib, 317 idmançı arasında 20-ci yeri tutub.

Həmin kateqoriyadan