“Spartak” qalib gəlib, 2-ci qolu həmvətənimiz vurub

Rusiya premyer-liqasının 24-cü turunda azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi “Spartak” Moskvada Krasnoyarsk “Yenisey”ini 2:0 üstələyib.

Allsport.az saytı verir ki, həmvətənimiz görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Ayaz 83-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. “Qladiatorlar” 39 xalla 5-ci yerdədir.

Həmin kateqoriyadan