“Spartak” – Ufa” görüşündə azərbaycanlı futbolçular oynamayıb

Rusiya premyer-liqasının 28-ci turu 2 azərbaycanlı futbolçu – Ayaz Quliyev (“Spartak”) və Azər Əliyevin (“Ufa”) komandalarının qarşıdurması ilə yadda qalıb.

Allsport.az saytı xəbər verir ki, Moskva təmsilçisi doğma meydanda 1:0 qalib gəlib. Adı ilk çəkilən həmvətənimizin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Digəri isə, oyunu ehtiyat skamyasından izləyib.

“Spartak” 46 xalla 4-cü, “Ufa” 26 xalla 14-cü yerdədir.

Həmin kateqoriyadan