Sportfm.az-ın baş redaktoru “İlin ən yaxşı idman jurnalisti” mükafatına layiq görülüb

“Park İnn by Radisson” mehmanxanasında “Azerbaijan Fashion Awards” mükafatladırılma keçirib. Allsport.az saytı xəbər verir ki, müxtəlif sahələrdə öz işi ilə tanınan və gündəmdə olan şəxslərin əməyinə qiymət verən AFA sportfm.az-ın baş redaktoru Araz Əhmədovu “İlin ən yaxşı idman jurnalisti” mükafatına layiq görüb.
Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər, media nümayəndələri, idmançılar, modelyerlər, iş adamları və digər sahələrdə uğur qazanan şəxslər iştirak edib. Sözügedən layihənin rəhbəri Orxan və Süleyman Tənaxirlidir.

Həmin kateqoriyadan