“Sportinq”dən “Qarabağ”a

“Qarabağ” növbəti transferini açıqlayıb. Allsport.az saytı verir ki, ölkə çempionu Bolqarıstan millisinin üzvü Simeon Slavçevin heyətinə qatıb. “Sportinq”dən ayrılan 24 yaşlı yarımmüdafiəçi komandamızın düşərgə saldığı Avstriyaya yollanıb.
Çempionlar liqasında qarşısına böyük hədəf qoyan “köhlən atlılar” bununla da 5-ci futbolçunu alıb. Ağdam klubu yay fasiləsində Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir və Hannes Halldorssonu transfer edib.

Həmin kateqoriyadan