“Srvena Zvezda” Branimir Subaşiçin komandasını böyük hesabla məğlub edib

Serbiya Super Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Srvena Zvezda” ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətin üzvlərindən olan Branimirin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “OFK Belqrad” hazırda 15 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan