SSRİ-də karatenin yaranmasının 40-illik yubileyinə beynəlxalq yarış

28-30 sentyabrda ənənəvi “Baku Open” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 9-cu dəfə təşkil edilən yarış keçmiş Sovet Sosialist Respublikaları İttifaqında karatenin yaranmasının 40-illik yubileyinə həsr olunur.

Turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları həm dəvət olunacaq, həm də iştirak edəcəklər.

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun yyadığı məlumata görə, Bakı idman sarayında yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq. Təntənəli açılış 29 sentyabr saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan