Stadionda bilet satışı başladı: Azərbaycan – Moldova matçına

Xəbər verdiyimiz kimi, noyabrın 17-də Bakıda Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Allsport.az xəbər verir ki, bu gündən etibarən oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda da bilet satışı başlayıb.

Biletləri həmçinin 28 Mall Alış-Veriş Mərkəzindən, Bakcell Sahil müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, eləcə də www.tickets.affa.az ünvanından əldə etmək olar. VIP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.

Həmin kateqoriyadan