Belçika “Standard”ının hücumçusu “Səbail”də

“Səbail” növbəti legionçunun xidmətindən yararlanacaq. Allsport.az saytı xəbər verir ki, uqandalı hücumçu Faruk Miya debütantın heyətinə cəlb olunub. Daha əvvəl Belçikanın “Standard” (Lyej) komandasında çıxış edən futbolçu mövsümün sonuna qədər icarə əsasında “Səbail”də oynayacaq.

Futbolçu transfer pəncərəsi dövründə Peşəkar Futbol Liqasında müvafiq qaydada qeydiyyatdan keçirilsə də, ölkə çempionatından sonra keçirilmiş ilk turunda viza məsələsinin həlli ilə əlaqədar adı heyətə daxil olunmamışdı.

Artıq bütün sənədləşmə işləri tam həllini tapıb və uqandalı futbolçunu növbəti turlarda “Səbail”in heyətində görmək mümkün olacaq.

Həmin kateqoriyadan