Dünya kubokunda Azərbaycanı 6 stend atıcısı təmsil edəcək

Martın 21-dən 28-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycanı 6 idmançı təmsil edəcək.

Stend atıcılığının tranş növündə Əlimirzə Quliyev, Elvin İsmayılov, Alina Rafiqxanova, dairəvi yarışlarda isə Paşa Əhədpur, Emin Cəfərov və Nurlanə Cəfərova birincilik uğrunda yarışacaqlar.

Həmin kateqoriyadan