Stolüstü tennis üzrə “TOP-16” turniri keçirilir

Yanvarın 27-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə “TOP-16” turnirinə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın məqsədi ən güclü 3 oğlan və 3 qız idmançısını müəyyən etmək, gənclərin stolüstü tennisə marağını artırmaqdır.

Tədbir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Turnirə yanvar ayının 28-də yekun vurulacaq. Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.