Stolüstü tennis üzrə Top-16 turnirinin püşkatma mərasimi keçirilib

Fevralın 5-də Milli Gimnastika Arenasında stolüstü tennis üzrə Top-16 turnirinin püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, mərasimdə 16 iştirakçı ölkədən, o cümlədən Azərbaycandan idmançılar iştirak ediblər.

Ölkəmizi yarışlarda Fərhad İsmayılov və Məryəm İmanova təmsil edəcəklər.

Xatırladaq ki, stolüstü tennis üzrə Top-16 turniri fevralın 6-dan 8-dək Bakıda keçiriləcək.