Stolüstü tennisçilərimiz Avropa komanda çempionatının təsnifat yarışında

Avropa komanda çempionatının təsnifat mərhələsi çərçivəsində sabah qadınlardan ibarət yığma “Şüa” idman sağlamlıq kompleksində Almaniya ilə 15:00-da, kişilərimiz saat 18:00-da Litva komandaları ilə görüşəcək.

Allsport.az saytı xəbər verir ki, Avropa Stolüstü Tennis Birliyinin yeni qaydalarına əsasən komanda və şəxsi çempionatlar 1 il şəxsi və növbəti il komanda olmaqla keçiriləcək.

2019-cu ildə 24 qadın və eyni sayda kişi komandası iştirak etmək hüququna malikdir. Bu 24-lüyə düşmək üçün Avropa komandaları ev sahibi və səfərdə olmaqla təsnifat oyunlarında iştirak edirlər.

Həmin kateqoriyadan