Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

Aprelin 26-dan mayın 3-dək Çinin Sujou şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, çempionatda ölkəmiz 5 idmançı – Fərhad İsmayılov, Ramil Cəfərov, Xəyal Həşimli, Rüfət Quliyeva, Məryəm İmanova ilə təmsil olunacaq.

İdmançılarımız məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə mübarizə aparacaqlar. Çempionatda 124 ölkədən 600-dən artıq idmançı iştirak edəcək.

Hazırda yığma komandamızın üzvləri mühüm idman tədbirinə hazırlıqla bağlı intensiv məşq proseslərində iştirak edir, fiziki, texniki və taktiki bacarıqlarının artırılması ilə məşğul olurlar.

Komandamız Çinə aprelin 24-də səfər edəcək və mayın 3-də Vətənə qayıdacaqlar.

Həmin kateqoriyadan