Stolüstü tennisçilərimiz Estoniyaya yollanıblar

Bu gün stolüstü tennis üzrə Azərbaycan millisinin üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə Estoniyaya yola düşüblər.

Allsport.az saytı xəbər verir ki, idmançılarımız Haapsala şəhərində tanınmış tennis ustası Albert Kanepinin xatirəsinə  gənclər və yeniyetmələr arasında keçiriləcək açıq turnirdə iştirak edəcəklər.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq xarakterli turnirində idmançılar komanda və şəxsi yarışlarda mübarizə aparacaqlar. Yarışlar noyabrın 15–dək davam edəcək.

Həmin kateqoriyadan