Stolüstü tennisdə kimlər qalib olub?

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında stolüstü tennis ən yüksək səviyyədə təşkil olub.

Allsport.az saytı xəbər verir ki, qızlar və oğlanlar qalibləri müəyyən etmək qurulan dairəvi sistemlə yarışdılar. Çevik, dinamik və baxımlı oyun nümayiş etdirən tennisçilər maraqlı mübarizə ilə yadda qaldılar.

Gərgin rəqabətdə Arzu Aslanova və Toğrul Məmmədov bütün rəqiblərini üstələyiblər. Həm onlara, həm də digər mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan