Subaşiç komandasına kömək edə bilmədi

Türkiyə PTT 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Alanyaspor”la qarşılaşıb. Oyun manisalıların 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Subaşiç 64-cü dəqiqədə meydana çıxıb. Komandası onun meydanda olduğu dəqiqələrdə 2 qol vursa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.

Qeyd edək ki, “Manisaspor” hazırda 17 xalla 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan