Subaşiç kubok matçında 45 dəqiqə oynadı

Türkiyə Kubokunda qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Akhisar BS” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç fasilədə əvəzlənib.

Qeyd edək ki, “Manisaspor” hazırda 4 xalla qrup sonuncusudur.

Həmin kateqoriyadan