Subaşiç kubok oyununda məğlubiyyətə üzüldü

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” da ilk sınağına çıxıb.

Sözügedən komanda “Ağhasar Bələdiyyəspor”un qonağı olub. Hesabı birinci hissədə meydan sahibləri açsa da, 76 və 86-cı dəqiqələrdə “Manisaspor” iki qol vurub.

Lakin əlavə olunmuş dəqiqələrdə iki dəfə fərqlənən “Ağhasar Bələdiyyəspor” qonaqların qələbəsinə imkan verməyib – 3:2. Subaşiç bu oyuna start heyətdə çıxıb. Millimizin sabiq hücumçusu 59-cu dəqiqədə əvəzlənib.

Həmin kateqoriyadan