- Baxış sayı: 42
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçli “Manisaspor” doğma meydanda digər azərbaycanlı futbolçu Rail Məlikovun komandasını – “Dənizlispor”u qəbul edib.
Qarşılaşma 2:1 hesabıyla manisalıların xeyrinə başa çatıb. Railin adı məlum səbəblərdən bu oyunun da iştirak ərizəsində yer almayıb. Subaşiç isə start heyətdə çıxdığı qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “Manisaspor” hazırda 17 xalla 16-cı, “Dənizlispor” isə eyni xalla 14-cü pillədə qərarlaşıb.