Subaşiç Türkiyə klubu ilə yollarını ayırdı

Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç klubsuz qalıb. Allsport.az xəbər verir ki, bu mövsüm Türkiyənin “Manisaspor” klubunda çıxış edən serb əsilli futbolçu bütün legionerlər kimi, komandadan ayrılıb.

33 yaşlı forvard hazırda azad agent hesab olunur. Onun karyerasını harada davam etdirəcəyi hələlik, bilinmir.

Qeyd edək ki, son mövsümün nəticələrinə görə, “Manisaspor” PTT 1-ci liqanı da tərk etmək məcburiyyətində qalıb.

Həmin kateqoriyadan