Subaşiçli “Manisaspor”dan 6 qolluq qələbə

Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Manisalılar səfərdə “Orduspor”la qarşılaşıblar. Matç Branimirin komandasının 6:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç sonadək meydanda olub.

Qeyd edək ki, “Manisaspor” hazırda 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan