Şükran Zamanlı: Növbəti hədəfim dünya birinciliyində qızıl medaldır

Yeniyetmələrin Avropa olimpiya festivalında növbə cüdoçulara çatdı. Allsport.az saytı xəbər verir ki, bu gün millidən 55 kq-da Şükran Zamanlı 3-cü yer tutdu. Mükafatlandırmadan sonra, o, sevincini allsport.az-a bölüşdü:

“Bu il mənə uğurlu keçir. Teplitsede Avropa kubokunda 2-ci, Antalyada 3-cü oldum. Olimpiya festivalında da medal hədəfləmişdim. 2 həftədən sonra təlim-məşqlər başlayacaq. Növbəti məqsədim, Allah qoysa, sentyabrda dünya birinciliyində qızıl medalı ölkəmizə gətirəcəyəm”.

Həmin kateqoriyadan