“Sumqayıt” 3-cü yerə yüksəldi, “Neftçi” evdə “Qarabağ”la heç-heçə etdi

Ölkə çempionatında 20-ci tur bitib. Allsport.az saytı xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub. “Zirə” doğma meydanda “Səbail” ilə qarşılaşıb. “Qartallar” debütantın müqavimətini qıra bilməyib və görüş 1:1 sona çatıb.

Turun mərkəzi matçında “Neftçi” və “Qarabağ” üz-üzə gəliblər. Bayraqdar üstün oynasa da, rəqibə qol vura bilməyib (0:0).

Son qarşılaşmada “Sumqayıt” evdə “Kəpəz”i qəbul edib. Oyunda hesabı autsayder açıb. Amma qalan dəqiqələrdə 2 top vuran “kimyaçılar” yarış cədvəlində “Zirə”ni 3-cü pillədən aşırıb.

Həmin kateqoriyadan