“Sumqayıt” avrokubokda Bakı “İnter”inə darmadağın olan komandaya böyük hesabla uduzub

Bu gün “Sumqayıt” Antalyada sonuncu yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Samir Abbasovun komandası cari avrokubok mövsümündə Bakı “İnter”inin darmadağın etdiyi Serbiya “Mladost”u ilə qarşılaşıb.

Görüş rəqibin böyük hesablı qələbəsilə yekunlaşıb (4:0). “Mladost” hazırda yerli çempionatda 9-cu pillədədir.

“Kimyaçılar” öncə Rumıniyanın “Konkordiya” (0:1), Makedoniyanın “Akademiya Pandev” (1:1) və Rusiyanın “Anji” (0:1) klublarına qarşı oynayıb.

Həmin kateqoriyadan