“Sumqayıt” çempion oldu

Xaçmaz Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı və “AccessBank”ın dəstəyi ilə “Access Cup” qızlar turniri keçirilib. Allsport.az xəbər verir ki, turnirdə 2001-2006-cı il təvəllüldü 111 qız iştirak edib.

Onlardan 11 nəfəri indiyədək hər hansı turnirdə iştirak etməyən qızlar olub. Ümumilikdə 30 oyunun keçirildiyi yarışın qalibi adını “Sumqayıt” komandası qazanıb. “Şahdağ” ikinci, “Kuzun Qışlaq” üçüncü yeri tutub. Turnirin ən məhsuldar oyunçusu 18 qolla “Sumqayıt” komandasının oyunçusu Jalə İldırımova olub. “Nabran” komandasının üzvü Alvina Ağayeva turnirin ən yaxşı oyuçusu seçilib.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər “AccessBank” tərəfindən hədiyyələr təqdim olub.

Həmin kateqoriyadan