“Sumqayıt” doğma şəhərində məşqlərə başlayıb

“Sumqayıt” yeni mövsümün 1-ci turu üçün hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir k, Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 2 gün müddətinə istirahətə buraxılmış komanda bu gün saat 18:15-də Mehdi Hüseynzadə adına şəhər stadionunda məşqə çıxıb.

Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib. “Kimyaçılar” çempionatın startınadək gündə bir dəfə olmaqla, doğma şəhərində məşqlərini davam etdirəcək.

Həmin kateqoriyadan