Sumqayıt klubu “Zenit”in yarımmüdafiəçini transfer edib

Tranfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, son mövsümü Krasnoyarsk “Yenisey”ində oynamış “Zenit”in futbolçusu Aleksey İsayev “kimtaçılar”la 2-illik müqaviləyə imza atıb. O, 23 nömrəli futbol geyimində çıxış edəcək.

“Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qol vurub. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib.

Son mövsümü isə icarə əsasında yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya premyer liqasına yüksəlib.

 

Həmin kateqoriyadan