“Sumqayıt” ölkə çempionu ilə güclənib

Yeni mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini həll edib.

Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın qapıçısı Nicat Mehbalıyev çempionatın sonunacan icarəyə götürülüb.

Karyerası ərzində yalnız “köhlən atlılar”da çıxış edən qapışı U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.

Həmin kateqoriyadan