“Sumqayıt” ölkə kubokunda “Qəbələ”yə rəqib oldu

Bu gün Azərbaycan kubokunda finalçılar bilinib. Allsport.az saytı xəbər verir ki, sonuncu yarımfinal matçı Zirədə baş tutub. 

Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edib. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından, meydan sahibləri nisbətən üstün durumda idilər.

Amma ilk hissədə “kimyaçılar” rəqibin qapısına 3 top vurdu. Düzdür, 2-ci yarıda “Zirə” buraxılan qolların əvəzini çıxdı. Amma evdə məhsuldar heç-heçənin qeydə alınması “qartallar”ı finaldan edib.

Həmin kateqoriyadan