“Sumqayıt” “Rəvan”la yoxlama oyunu keçirəcək

Topaz Premyer Liqasının 3-cü dövrəsinə “İnter”lə heç-heçə (0:0) ilə başlayan “Sumqayıt” 20-ci turda istirahət edəcək. Allsport.az xəbər verir ki, bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.

Belə ki, “Sumqayıt” “Rəvan”la yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 5-də saat 13:00-da “Bayıl Arena”da keçiriləcək.

Həmin kateqoriyadan